Rusiyalı prodüser və rejissor Maryus Vaysberqin “Gecə növbəsi” filminin treyleri yayımlanıb.

AzEuroNews Gununsesi.info oxu.az xəbər verir ki, ekran işində Vladimir Yaqlıç, Pavel Derevyanko, Kseniya Teplova ilə yanaşı, azərbaycanlı müğənni, bəstəkar, iş adamı Emin Ağalarov da çəkilib. Bu, Ağalarovun tammetrajlı filmdə debütüdür. Filmdə E.Ağalarovun Kseniya Teplova ilə öpüş səhnəsi də yer alıb.

Filmin süjet xətti belədir: Əsas qəhrəman zavoddakı işini itirir, ailəsini saxlamaq üçün sinif yoldaşının striptizçi kimi çalışmaq təklifini qəbul edir. Həyat yoldaşından bu xəbəri gizlədən Vladimir nəticədə gülməli vəziyyətlərə düşür.

Ekran işinin 2018-ci ildə təqdim edilməsi planlaşdırılır.