NASA 2020-ci ilə planlaşdırılan missiya çərçivəsində Marsa roverin (kosmik aparat) enişi üçün nəzərdə tutulan paraşütü sınaqdan çıxarıb.

İKT.lent.az-ın xəbərinə görə, sınağın videosu NASA-nın “YouTube” kanalı “Jet Propulsion Laboratory”də yerləşdirilib.

Videoda görünür ki, “Black Brant IX” raketində eksperiment zamanı Virciniya ştatındakı Uollops komodromundan faydalı yük (ölçən aparat və paraşüt) buraxılır. 42 km hündürlükdə isə paraşüt açılır.

Sınaq uğurlu sayılıb. Mütəxəssislər bildirir ki, paraşüt “Curiosity” roveri qırmızı planetə buraxılarkən istifadə olunan sistemin eynisidir.