Braziliyada çox qəribə hadisə baş verib.

“Ölkə.Az” xəbər verir ki, avtomobilə ziyan vuran at həbs edilib. Hadisə Serjipi ştatında baş verib.

Bildirilir ki, atın sahibi Uilyams Frasişku Santuşa gəzinti vaxtı bir neçə nəfər yaxınlaşıb. Onlar atla gəzmək istədiklərini bildiriblər. Santuş onlara etiraz etməyib. Amma at qəflətən hürküb və yaxınlıqdakı avtomobili əzib. Hadisə yerinə gələn polislər isə atı polis məntəqəsinə aparıblar.

Santuş baş verənləri belə izah edib: “Polis məntəqəsinə gələndə atı qəfəsdə gördüm. Elə bil hansısa cinayətkarı həbs ediblər. Ata nə su, nə də ot veriblər. Çox dar qəfəsə salmışdılar”.

Santuş bir gün sonra dəyən ziyanı ödədikdən sonra atını həbsdən çıxara bilib.