ABŞ-da çəkilən “Dedpul 2” (Deadpool 2) filminin yeni tizer-treyleri internetdə hitə çevrilib.

İKT.lent.az-ın xəbərinə görə, “YouTube”dakı “20th Century Fox” kanalında yerləşdirilən treyler 1 sutka ərzində 4 milyondan çox baxış toplayıb. Videoda görünür ki, baş qəhrəman Ued Uilson (Rayan Reynolds) rəsm dərsi keçir. Öz rəsm əsəri haqda söhbət açarkən o, kokaini sevdiyini etiraf edir.

“Dedpul 2”nin rejissoru Devid Litçdir. Baş rolları R. Reynoldsdan başqa Ti Cey Miller, Morena Bakkarin, Brianna Hildebrand və başqaları ifa edir.