Tennis - Wimbledon - London, Britain - July 13, 2017 Venus Williams of the U.S. celebrates winning the semi final match against Great Britain’s Johanna Konta REUTERS/Matthew Childs - RTX3BBB7

Məşhur amerikalı tennisçi Vinus Uilyamsın evi qarət olunub.

“Report” WPEC-TV-yə istinadən xəbər verir ki, 37 yaşlı idmançının təxminən 400 min dollarlıq əmlakı oğurlanıb.

Hadisənin 1 – 5 sentyabr aralığında baş verdiyi bildirilir. Hüquq-mühafizə orqanları hələlik qarətçilərin kimliyini müəyyənləşdirə bilməyiblər. Tennisçinin evindən nələrin oğurlandığı açıqlanmır.

Qeyd edək ki, V.Uilyams 4 qat olimpiya çempionu və Uimbldon turnirinin beşqat qalibidir.