“Tesla” şirkəti elektriklə çalışan, pilotsuz hərəkət edən ilk yük maşınını təqdim edib.

“Ölkə.Az” xəbər verir ki, maşının seriya istehsalı 2019-cu ildə başlayacaq.

Şirkətdən verilən məlumata əsasən, yeni yük maşını yerindən 60 km/saat sürəti cəmi 5 saniyəyə yığır. Yük maşını bir dəfəyə 804 km məsafə qət edə bilir. İlon Mask qeyd edib ki, əsas yük marşrutlarının uzunluğu 250 mildir. Bu səbəbdən yük maşını təyin edilmiş nöqtəyə gedəcək və geri qayıdacaq.

Yük maşını 4 mühərriklə təchiz edilib. Ehtimal edilir ki, yükün çatdırılması 1 mil üçün 1.26 dollara başa gələcək. Bu isə dizel ilə çalışan yük maşınlarına nisbətən daha ucuzdur.