Dünən gecə “O səs Türkiyə” yarışmasının növbəti seçim turu keçirilib.

Publika.az xəbər verir ki, İstanbuldan yarışmaya qatılan Sədəf Çintəmur adlı iştirakçı “Əziz dostum” adlı Azərbaycan mahnısını ifa edib. Yaddaş problemi olan ifaçı səhnəyə sözlərin yazıldığı vərəqlərlə çıxıb. İfanın sonunda ona heç bir münsif dönməyib.

Beynində şiş olduğu üçün yaddaşının yerində olmadığını deyən Sedefin sözlərindən sonra münsiflər peşmanlıq hissi yaşayıb. Hadise “Kaş ki, əvvəlcədən biləydik və dönərdik. Sənə yaxşı motivasiya olardı” deyərək peşmanlığını dilə gətirib.