Təxminən 20 ildən sonra insanlar yadplanetliləri aşkar edəcək.

Axar.az xəbər verir ki, bu iddia ilə NASA alimi Toni del Qenio çıxış edib.

Onun həmkarı, araşdırmaçı Endryu Raşbi də bu hadisənin yaxın onillikdə baş verəcəyii bildirib. O, yadplanetlilərin Yupiterin Avropa və ya Saturnun Entselade peykində olma ehtimalını yüksək qiymətləndirib.

Qeyd edək ki, NASA mütəxəssisləri noyabr ayında Saturn planetinin Entselade peykində həyat üçün vacib olan şərait aşkarlamışdı.