1. Zehni işlər yaddaş pozğunluğu, gec qavrama kimi halların qarşısını alır. Elm adamlarının fikrincə, beyinin çox işləməsi insanı ruhi baxımdan gücləndirir.

2. İnsan beyni bədəndən daha gec oyanır.

3. İnsanın özündən ağıllı insanla danışması beyinə xoş təsir bağışlayır. Üstəlik, çılğınlıq etmək beyinin daima gənc qalmasına səbəb olur.

4. İnsan beyni yeddi rəqəminə qədər baş verən hadisələri rahatlıqla xatırlaya bilir. Buna 7 hadisə, 7 kitab adı, 7 film və s. misal çəkmək olar. Hətta psixoloqlara görə insan beyni 7-yədək olan şeyləri yaxşı xatırladığına görə telefon nömrələri də 7 rəqəmli olur.

5. Dua edən insanların beynində əhvalı yüksəldən, inam yaradıcı alfa dalğası yaranır ki, bu da insanın özünü xoşbəxt hiss etməsinə səbəb olur.

6. Beyin dörd rəngə qarşı daha həssasdır. Bunlar sarı, yaşıl, mavi və qırmızıdır. Beyin bu rənglərə qarşı daha diqqətli olur. Rənglərin cazibəsinə uyan gözlər dərhal beyinə siqnal ötürür ki, bu da beyinin ani aktivliyi ilə müşahidə olunur.

MMSD