“Google Maps” Misir səhralarında müəmmalı foto lentə alıb.

“Ölkə.Az” xəbər verir ki, foto ufoloqlar tərəfindən yadplanetliləri təsdiq edən fakt kimi qəbul edilib. Amma bir müddət sonra foto ilə bağlı reallıq üzə çıxıb.

Qırmızı dəniz tərəfində lentə alınan fotonun yadplanetlilər tərəfindən edildiyi bildirilib. Amma sonradan məlum olub ki, fotolar Danae və Alexandra Stratou ilə Stella Konstantinidesin”səhrada vaxt keçirməyi” təsvir edən “Səhra Nəfəsi” adlı əsəri olduğu öyrənildi.