Müğənni Orxan Babazadə atası ilə bağlı qadağa qoyub.

Axşam.az-ın məlumatına görə, sənətçi bildirib ki, gördüyü hər işdə atasının adının hallanması onu narahat edir:

“Şou-biznesə gəldiyim gündən hamı deyir ki, Orxana atası kömək edir. Hər verilişdə, tədbirdə mənə bununla bağlı sual verilməsindən boğaza yığılmışam. Arxamda atam durub, başqaları kimi xoşagəlməz hərəkətlər etmirəm. Bir də mən artıq öz biznesimi qurmuşam. İfaçı kimi qərarlarımı özüm verə bilirəm. Hamıya deyirəm ki, artıq bu suala cavab verməyəcəm”.

Orxan “Həyatıma xoş gəldin” adlı yeni mahnısından da söz açıb. Bəstənin sözləri və musiqisi Zülfi Bədəlova aiddir. Mahnının aranjimanını Elvin edib.