Yunis/Azeuronews.com/Bakı ► ► ►  Bakının Nizami rayonu ağac qətliamına liderlik edir. AzEuroNews.comun məlumatına görə, növbəti video və fotolarda yaşıllıqların qırılması əks olunub. Özü də ağac qatilləri bu dəfə daha da irəli gedərək mərhum prezident Heydər Əliyevin təşəbbüsü və şəxsi iştirakı ilə əkilən ağacları gecə ikən kökündən çıxararaq naməlum istiqamətə aparıblar.

 ► Ağac qatilləri

 Üstəlik, bu özbaşınalıq düz Nizami Rayon İcra Hakimiyyətinin 5-10 metrliyində baş verib.  Yerli sakinlər yaşıllıqlara qənim kəsilənlərə müdaxilə etmək istəsə də, onlar RİH yaxınlığında meşə genosidini davam etdiriblər.

Bu saata qədər nə Nizami RİH-dən, nə də Ekologiya və Təbii Sərvətlər Nazirliyindən reaksiya var.

78d9db136a3b

Ümumiyyətlə, Nizami rayonunda ağacların dibinə dizel yanacağı, kislota tökür və məhv edirlər. Və az keçmir ki, “yaşıl soyqırım” ərazisində boz tikintilər peyda olur.

Belə tikintilərə sənədlərin əksəriyyəti Nizami rayon icra başçısı Arif Qasımovun imzası ilə verilir.

“Dakar” meydanından “8-ci kilometr” bazarı istiqamətinə, oradan isə “Xalqlar Dostluğu”na tərəf gedib yolun sağ və sol tərəfinə baxmaq kifayətdir ki, ağacların tikintiyə qurban verildiyini görəsən.

 ► İlham Məmmədov kimdir?

 Həmin ərazinin sahibi olan “Ümid” Elmi İstehsalat Kommersiya Assosasiyasının (EİKA) nümayəndəsi Faiq Nəcəfov AzEuroNews.com-a bildirib ki, bu il oktyabrın 23-də prezident İlham Əliyevə, ədliyyə naziri Fikrət Məmmədova, baş prokuror Zakir Qaralova, Bakı Şəhər İcra Hakimiyətinin başçısı Hacıbala Abutalıbova və Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımova müraciət ünvanlayıb: “Ulu öndərimizin və Prezidentin siyasətinin əsas tərkib hissələrindən olan ölkəmizdə insanların sağlam, firavan və xoşbəxt yaşaması üçün yeni parklarin, yaşıllıqların salınması məqsədi ilə hər il minlərlə ağacların əkilməsini daim dəstəkləyərək aktiv iştirak etmişik.

80c7a9baa311

Buna misal olaraq mülkiyyətimizdə olan Nizami rayonu, Qara Qarayev prospekti 2392  məhəllədə (Q.Qarayev pr. 108 №-li bina ilə üzbəüz tərəfdə) mağazamızın qarşısında abadlıq işləri aparıb 70 ağac əkmişdik.

Bu günədək böyük çətinliklərlə qoruyub saxlamışıq. Qeyd edirik ki, ərazidə ilkin olaraq Ulu öndərimizin göstərişinə əsasən, sonra isə tərəfimizdən, 1990-cı ildən bu ilədək əkilmişdir.

3 noyabr 2004-cü ildə Rayon İcra Hakimiyyətinin razılıq məktubuna əsasən ərazidə sərinləşdirici içkilər və dondurma satışı məntəqəsi yaradaraq, sakinlərin istirahət yeri kimi istifadəyə vermişdik.

Dövlət Əmlak Komitəsinin 005604 sayl,ı 14.07.2005 tarixli şəhadətnaməsini, torpaq sahəsindən uzun müddət istifadəmizi nəzərə alaraq, vergiyə cəlb etmək məqsədi ilə Nizami Bələdiyyəsinin 13 dekabr 2006-cı il tarixli 15 saylı qərarı əsasında müqavilə bağlayaraq ərazini 49  il müddətinə ticarət və iaşə xidməti məqsədi ilə icarəyə götürmüşük.

Lakin yaşıllığı özünü İlham Məmmədov kimi təqdim edən şəxs hasara alıb, orada ağacları çıxarmağa cəhd edərkən binaların sakinləri ilə bizim tərəfimizdən imkan verilmədi.

Bu haqda Rayon İcra Hakimiyyətinə məlumat verildi, əraziyə polis işçiləri ilə birgə Rayon İcra Hakimiyyətinin məsul şəxsləri gələrək işlər dərhal dayandırıldı. Hasarlar sökülərək ağaclar bərpa edildi.

Bütün bunlara baxmayaraq İlham Məmmədov oğlunun Korupsiyaya Qarşı Mübarizə İdarəsində işlədiyini, qaynının hakim işlədiyini bildirərək və daha yüksək vəzifəli şəxslərin adını çəkməklə təzyiqlər edir”.

 ► Arif Qasımov qəzəblənib və 70 ağacı…

 F.Nəcəfov deyir ki, “Ümid” EİKA ilə bələdiyyə arasında bağlanmış müqavilənin ləğv olunması üçün Rayon Bələdiyyəsinə məktublar göndərilərək Bakı Şəhər İcra Hakimiyyətinin hüquqşünasları və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi tərəfindən tələb olunur: “

Yüksək vəzifəli şəxslərin adlarını çəkmək istəmədiyimizi səmimiyyət kimi qəbul edib, yaşıllığın məhv olunmasının qarşısını alınmasına, eləcə də günahkar şəxslərin qanunla cəzalanacağına əminik ifadə edirik.

505dfd77fa49

Ulu Öndərimizin layiqli davamçısı olan sizin siyasətinizi dəstəkləyəcəyik-adlarını qeyd etmək istəmədiyimiz məmurlar Ulu Öndərimizin göstəriş və təşəbbüsü ilə əkilən ağacları məhv etməyə hazırlaşırlar. Xahiş edirik ki, bu qanunsuzluğa qol qoyan və göz yuman vəzifəli şəxslər cəzalandırılsın, əraziyə çəkilən hasar sökülsün”.

 F.Nəcəfov deyir ki, bu müraciətindən sonra Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov qəzəblənib və 70 ağacı məhv edib: “Ekologiya Nazirliyinə müraciət etdik. Dedilər ki, ağaclar digər sahəyə köçürülüb. Haəmin sahənin harada olduğunu xəbər aldıq. Demədilər.

Mən onlardan ağacların yerini tələb etməklə ulu öndərin ruhunun şad olması üçün əkildikləri yerdən gətirdib öz əzəli yerlərinə qaytarılmasını tələb edirəm.

Məgər Arif Qasımov, Hacıbala Abutalıbov, ekologiya naziri Hüseynqulu Bağırov mərhum Heydər Əliyevdən çox bilirdilər? Məgər mərhum istəsəydi həmin dövrdə bu ərazidə ticarət obyekti tikdirə bilməzdi?

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov

Nizami Rayon İcra Hakimiyyətinin rəhbərliyi bizim ölkə rəhbərliyinə müraciətimizdən sonra ulu öndərin biləvasitə  əkdirdiyi ağacları kökündən çıxarılmasına susqun razılıq verib. Bu xəyanət deyil?”

F.Nəcəfov Nizami rayon İcra Hakimiyyətinin ortaya saldığı İlham Məmmədov şəxsin vasitəsi ilə “yaşıl soyqırım” xəyanətinə imza atdığını bildirib:

“Bizim Ulu öndərin əkdirdiyi 70 ağacın qırılmasının qarşısının alınması üçün Baş Prokurorluğa ünvanladığımız müraciət Bakı Şəhər İcra Hakimiyyətinə göndərilib. İlham Məmmədov sinəsinə döyüb deyir ki, oğlu prokurorluq orqanlarının işçisidir, qaynatası  məhkəmələrdən birində hakimdir.

Məgər dövlətin keşiyində durmalı olan bu şəxslərin vəzifəsi Nizami rayonunda “yaşıl soyqırım”a başlamaq üçün əsasdır? ”