Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ►  İsveçdə yaşayan həmvətənlərimiz Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirəcək. Bu barədə AzEuroNews.coma İsveçin Göteburq şəhərində yaşayan Kənan Hacıəkbəroğlu məlumat verib.

► Onun sözlərinə görə, ötən gün İsveçdə yaşayan həmvətənlərimiz bir araya gələrək “AXC-100” silsilə tədbirlərinin keçirilməsi üçün işçi qrupu yaradıb: “İşçi qrupunun ilk toplantısı Göteburq şəhərindəki “Azərbaycan evi”ndə baş tutdu. İşçi qrupunun sədri Siyavuş Yusifli seçildi. Qərara aldıq ki, Xalq Cumhuriyyətinin 100 illiyi ilə bağlı yaşadığımız İsveçin böyük şəhərlərində silsilə tədbirlər keçirək. Tədbirlərin ən böyüyü İsçveçin paytaxtı Stokholmda 28 May günü baş tutacaq”.

► K.Hacıəkbəroğlunun sözlərinə görə, Stokholmun mərkəzi küçəsində “Azərbaycan çadırı” qurub tanınmış sənətçilərimizin iştirakı ilə böyük bir bayram tədbiri keçirəcəklər.