Yelenendorfda yaşayan almanlar üzüm yığımı zamanı (XX əsrin əvvələri)
Yelenendorfda yaşayan almanlar üzüm yığımı zamanı (XX əsrin əvvələri)

Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ► Almanların ilk dəstələrinin Azərbaycana yerləşdirilməsindən 200 il ötür. AzEuroNews.comun məlumatına görə, 1817-ci ildə General Yermolov almanların ilk dəstələrinin Azərbaycana yerləşdirilməsi barədə göstəriş verib. Azərbaycana yerləşdirilmiş ilk almanların çoxu Vürtemburq krallığının sakinləri olublar. 1817 – 1818-ci illərdə Qafqazda təşkil olunmuş 8 alman koloniyasından ikisi Yelenendorf və Annenfeld Şimali Azərbaycanda yerləşirdi.

► Bu kaloniyalardan başqa almanlar Georqsfeld, Qrünfeld, Ayxenfeld, Traubenfeld, Yelizavetinka kimi kəndlərdə yaşayırdılar. Qafqaz almanları tərəfindən Tiflis şəhərində nəşr olunan “Kaukasische Post” qəzetinin hər bir nömrəsi yuxarıda göstərilən kənd və şəhərlərə çatdırılırdı.

Bakı şəhərində yerləşən Alman lüteran kilsəsinin xor kollektivi. (1933)
Bakı şəhərində yerləşən Alman lüteran kilsəsinin xor kollektivi. (1933)

► Almanlar Azərbaycanda siyasi və ictiami həyatda daim fəal olmuşdular. Azərbaycan Demokratik Respublikası Parlamentinin IX Milli azlıqlar fraksiyası dörd üzvündən biri əslən alman olan Lorens Kun olub. Lorens Kun 1884-cü ildə Yelenendorf şəhərində anadan olmuş və bir müddət burada fəaliyyət göstərib. 1918-ci ilin 7 dekabr tarixində AXC parlamenti öz işinə başlayanda Lorens Kunda parlamentə qoşulub. O, Azərbaycan almanlarını təmsil edirdi.