Xəzər TV-də yayımlanan “Nuş olsun” verilişinin bugünkü efirində maraqlı anlar yaşanıb.
BakuPost.az xəbər verir ki, verilişin aparıcısı, Milli Kulinariya Mərkəzinin üzvü, məşhur aşpaz Ağakərim Əbülfəzoğlu canlı efirdə sevdiyi xanıma evlilik təklifi edib. O, “Səhər” verilişinin redaktoru Gülnarə xanımı aparıcısı olduğu “Nuş olsun”un efirinə çağırıb, gözlərini bağlayıb və açdıqda ona xoş sürpriz edib. Aşpaz “sən 10 il əvvəl məni tərk edən ruhumu yenidən özümə qaytardın, mənimlə evlənərsənmi” deyib və üzüyü soyuducudan çıxarıb.
A.Əbülfəzoğlunun evlilik təklif etdiyi xanım ona “hə” cavabını verib.
Həmin görüntüləri təqdim edirik: