► ► ► Növbəti 3 ildə Kanada bir milyon miqrant qəbul etmək niyyətindədir. “Legat” inteqrasiya mərkəzindən AzEuroNews.com-a daxil olan məlumatda deyilir ki, 2035-ci ilə qədər 5 milyon kanadalı təqaüdə çıxacaq və bu da ölkə iqtisadiyyatını çətin vəziyyətə sala bilər. Belə bir halın yaşanmaması üçün Miqrasiya naziri Əhməd Hussen xarici ölkələrdən işçi qəbulu başlanacağını açıqlayıb.

► Məlumata görə, ölkədə gələn il 310 min, 2019-cü ildə 330 min, 2020-ci ildə isə 340 min əcnəbinin yerləşdirilməsi üçün hazırlıqlar görülür. Əsasən enerji və inşaat sektorunda işçi çatışmazlığı olduğu bildirilib.

► Kanada 2006-2015-ci illər arası təqribən 270 min suriyalı qaçqın qəbul edib və növbəti illərdə də qaçqın qəbulu davam edəcək.

Expertlərin fikrincə, əhalinin artımı və iqtisadiyyatın inkişafı üçün bir milyon miqrant kifayət deyil.