“Mançester Yunayted” klubunun hücumçusu Zlatan İbrahimoviç Çempionlar Liqasında yeddi müxtəlif klubun heyətində çıxış etmiş ilk futbolçu olub.

APA-nın xəbərinə görə, ötən axşam isveçli forvard turnirin qrup mərhələsində “Bazel” ilə görüşdə meydana çıxıb. Matç “Bazel”in 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bundan əvvəl 36 yaşlı futbolçu “Ayaks”, “Yuventus”, “İnter”, “Barselona”, “Milan” və “PSJ”-nin formasında qitənin ən nüfuzlu turnirində iştirak edib.