Arakan

İkinci bir qətliam yaşana bilər…


 

Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ►  Banqladeşlə Myanma arasında arakanlı müsəlmanların öz ölkələrinə qaytarılması üçün başlanan müzakirələr yekunlaşıb. AzEuroNews.comun məlumatına görə, hər iki ölkənin dövlət rəsmilərinin iştirak etdiyi müzakirələrin yekununda  buddist zülmündən  qaçaraq Banqladeşə sığınan arakanlı müsəlmanların Myanmaya geri göndərilməsinə qərar verilib.

Beynəlxalq insan haqları təşkilatları bu hadisə ilə bağlı bəyanatlar verərək ikinci bir qətliamın yaşanacağına diqqət çəkiblər.

Məlumat üçün bildirək ki, Myanmada buddist zülmündən qaçan bir milyondan çox arakanlı müsəlman sığındıqları Banqladeşdə kömək gözləyir. Yetərincə qida və tibbi yardım ala bilməyən arakanlılar arasında yoluxucu xəstəliklər yaranıb. Son bir ayda 2 minə yaxın arakanlı müsəlman müxtəlif xəstəliklər səbəbindən həyatını itirib.