Son vaxtlar müxtəlif ölkələrdən yadplanetlilərlə bağlı gələn xəbərlərin sayında artım müşahidə edilir.

“Ölkə.Az” xəbər verir ki, müxtəlif şəhərlərin sakinləri hətta UNO-ları video və fotoya  da çəkə biliblər.

Ufoloqlar isə bu informasiyaları analiz edərək yadplanetlilərin ən çox baş vurduqları əraziləri qeyd ediblər.

Müşahidəçilər hansı şərtlər altında fotoları lentə aldıqlarını qeyd ediblər. Bununla yanaşı, xəritəyə baxanda bilinir ki, yadplanetlilər ən çox Dumanlı Albiona səfər ediblər.

Əgər xəritəyə inansaq, 2017-ci il ərzində 84 min yadplanetli səfəri qeydə alınıb. Bu isə ötən ilin rəqəmləri ilə müqayisədə 12 faiz çoxdur.