Azərbaycan Milli Məclisinin dekabrın 1-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.

“Report”un xəbərinə görə, iclasın gündəliyinə 31 məsələ daxildir.

İclasda hökumət üzvləri 2018-ci ilin dövlət büdcə zərfi ilə bağlı deputatların təkliflərini cavablandıracaqlar.

Bundan başqa, plenar iclasda “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”, “Dövlət borcu haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “”Telekommunikasiya haqqında”, “Pasportlar haqqında”, “Azərbaycan Silahlı Qüvvələri haqqında”, “Dövlət borcu haqqında”, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanunlarına dəyişiklik layihələrinə baxılacaq, İnzibati, Cəzaların İcrası, Miqrasiya, Vergi, Cinayət Prosessual məcəllələrinə dəyişiklik layihələri müzakirə ediləcək.