Artıq bir neçə ildir Bakıda keçirilən “Jara” beynəlxalq musiqi festivalının 2018-ci ildə baş tutacağı tarix açıqlanıb.

Axşam.az-ın məlumatına görə, müğənni-bəstəkar Eminin təşkil etdiyi tədbir iyulun 26-dan 29-na kimi keçiriləcək. “Sea Breeze” istirahət mərkəzində olacaq festivala Rusiya şou-biznesinin tanınmış simaları qatılacaqlar. Biletlər dekabrın 1-dən satışa çıxarılacaq.

Qeyd edək ki, ötən il festival çərçivəsində Alla Puqaçova, Sofiya Rotaru kimi məşhurların konsertləri olmuşdu.