İspaniyanın “Real Madrid” klubunun futbolçusu Qaret Beyl (Gareth Bale) uzun müddətdir birlikdə olduğu sevgilisi Emma Ris-Consla evlənməyə hazırlaşır.

Cütlük iki dəfə toy edəcək. Mərasimin biri İtaliyada, digəri isə Uelsdə baş tutacaq. İtaliyada təşkil olunacaq toy mərasimində məşhur pop müğənnisi Beyons çıxış edəcək. Beyons bunun müqabilində futbolçudan 1,5 milyon funt-sterlinq istəyib.
Qeyd edək ki, Emma ilə Qaret yeniyetməlik illərində tanış olublar. Cütlüyün iki qızı var.