"Avropa Azərbaycanlıları"

AzEuroNews.com ► ►► Bu gün Avropadakı həmvətənlərimizin qoşulduğu ən böyük virtual qruplardan olan “Avropa Azərbaycanlıları”nın bir yaşı tamam olur. AzEuroNews.comun məlumatına görə, düz bir il öncə “Facebook”da yaradılan qrupun hazırda üzvlərinin sayı 20 mindən çoxdur. Sözügedən qrupun yaradıcısı Hollandiyada fəaliyyət göstərən “Avropa Azərbaycanlıları” (EuroAz.NL) Cəmiyyətinin rəhbəri Emil Əliyevdir.

Avropa Azərbaycanlıları" (EuroAz.NL) Cəmiyyətinin rəhbəri Emil Əliyev
Avropa Azərbaycanlıları” (EuroAz.NL) Cəmiyyətinin rəhbəri Emil Əliyev

E.Əliyevin bildirdiyinə görə, qapalı qrupa əsasən Avropada yaşayan həmvətənlərimiz qəbul olunur. Məqsəd isə, xaricdə təşkilatlanmaqla yanaşı, həmvətənlərimizi narahat edən və ya marağında olan mövzuları birgə müzakirə etməkdir.

E.Əliyev deyir ki, rəhbərlik etdiyi qrupda əsasən maarifləndirici və hüquqi məlumatlar paylaşılır ki, qrup üzvləri də bundan yararlanırlar.

AzEuroNews.com  olaraq  “Avropa Azərbaycanlıları” qrupunun bütün üzvlərini təbrik edirik!!!