Hindistanın Uttar Pradeş ştatında qəribə hadisə baş verib.

“Ölkə.Az” xəbər verir ki, həbsxana baxçasına girib otlayan uzunqulaqlar bəzi dəyərli bitkilərə ziyan vurduqları üçün 4 gün çölə buraxılmayıblar.

Həbsxana işçiləri bildirirlər ki, səkkiz uzunqulaq həbsxana ərazisindəki bəzi bitkilərə ziyan vurublar. Nəzarətçi RK Mişra deyib: “Heyvan sahiblərinə daha əvvəl də uzunqulaqlarını buradan uzaqlaşdırmaları barədə xəbərdarlıq etmişdik. Amma bizi dinləmədilər. Bu səbəbdən uzunqulaqları həbs etdik”.
Yerli bir siyasətçi dəyən ziyanı ödəyərək uzunqulaqları azadlığa buraxdırıb.