Müğənni Gülay Zeynallı ARB TV-nin “Səhər-səhər” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, sənətçi idmançı həyat yoldaşı Kamil Zeynallının son günlər baş verən qalmaqallarından danışıb:

“Hər zaman ona fikrlərimi deyirəm. Gərək adamı əsəbiləşdirməyəsən. O dərəcəyə gətirib çıxartmaq olmaz. Onu da əsəbiləşdirirlər, o da özündən çıxır. Tanınmış sima olduğumuza görə xırda bir hərəkətimiz də müzakirə edilir. Kamil də dözmür… Hətta ona dedim ki, İnstagram səhifəni bağla”.