Rusiya Ali Məhkəməsi (AM) Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) təşkilatın ləğv edilməsi barədə birinci instansiya məhkəməsinin və AM-in Apellyasiya Kollegiyasının qərarlarından verdiyi kassasiya şikayətini rədd edib.

Bu barədə “Report”un Rusiya bürosu xəbər verir.

Bununla da AM Rusiya Ədliyyə Nazirliyinin ÜAK-ın hüquqi şəxs kimi dövlət reyestrindən çıxarılması və strukturun legitimlik statusunun alınması barədə qərarını təsdiqləyib.

Xatırladaq ki, ÜAK 2001-ci ildə təsis edilmişdi.