Türkiyənin “Oskar” mükafatlarına namizəd olan filmi “Ayla” Frankfurt Türk Film Festivalından geri çəkilib.

Publika.az xəbər verir ki, bu qərar filmin rejissoru Mustafa Uslu tərəfindən qəbul edilib.

Festivalın açılış filmi olan “Ayla”nın müsabiqədən tamamilə çəkilməsi hər kəsi şoka salıb.

Mustafa Uslu festivalın prezidenti Hüseyn Sıtkıya zəng edərək filmin festivalda nümayiş edilməsinə icazə vermədiyini deyib. M.Sıtkı rejissorun etik davranmadığını və əməyə, kinosevərlərə hörmətsizlik etdiyini deyib.

Mədəniyyət və Turizm Nazirliyinin Kino Mərkəzi işə qarışsa da, rejissor qərarından dönməyib. Festivalda açılış üçün nəzərdə tutulan “Ayla” filminin yerinə isə Antalya Film Festivalında “ən yaxşı film” laureatı olan “Atamın qanadları” nümayiş etdirilib.

Bəzi izləyicilər “Ayla” filminin göstərilməməsinə sərt etiraz edərək salondan ayrılıblar.