Müğənni Nadir Qafarzadə “Milyon roz” mahnısına klip çəkdirib.

Axşam.az-ın məlumatına görə, sənətçinin ekran işi Şamaxıda qarlı havada lentə alınıb.

Nadirin ekran işi tənqid olunub. İlk növbədə sənətçi klipdə sözlərin müəllifini səhv yazıb. Belə ki, “Milyon roz” mahnısının sözlərini Andrey Voznesenskiy yazıb. Ekran işində isə müəllif kimi İlya Reznikin adı göstərilib.

Sosial şəbəkədə Qafarzadənin ifası da tənqid olunub. İzləyicilər onun sözləri səhv tələffüz etdiyini yazıblar.