“Cinemzadeh” studiyası tərəfindən istehsal olunan “Kəklikotu” komediya filminin ilk treyleri yayımlanıb.

Publika.az xəbər verir ki, ekran əsərində tanınmış simalar yer alıb. Onların sırasında müğənni Nigar Camal, aktyorlar Kamran Ağabalayev, İslam Mehrəliyev, Müşviq Şahverdiyev, Fərda Xudaverdiyev, Elcan Rəsulov, Rövşən Məmmədli, Əlixan Rəcəbov, rejissor Aqil M.Quliyev və başqaları var.

Yay aylarında ekranlaşdırılan filmdə hadisələr meyvə-tərəvəz satmaq üçün paytaxta gedən dayı və bacıoğlunun başqasına çatacaq bir kisə kəklikotunu yolda satması ilə başlayır. Sonradan məlum olur ki, kisədəki kəklikotu yox, qurudulmuş marixuana imiş.

Qeyd edək ki, filmin baş redaktoru Xətai Əli, rejissorları isə Cəfər Axundzadə və Vüqar İslamzadədir. Filmin 21 dekabr tarixindən kinoteatrlarda yayımlanacaq.