Cənubi Koreya Koreya Xalq Demokratik Respublikasının ballistik raket sınağı keçirməsinə dərhal cavab verib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı “Renxap” agentliyi yayıb. Agentlik Seulun ballistik raket sınağından bir neçə dəqiqə sonra öz raketlərinin sınağını keçirdiyini bildirib. 20 dəqiqə davam edən təlim zamanı Cənubi Koreyaya məxsus 3 raket iki ölkə arasındakı sərhəd zonasına yaxın əraziyə düşüb.