Feysbuk sosial şəbəkəsində texniki problemlər yaranıb.

Axar.az xəbər verir ki, sosial şəbəkə istifadəçiləri paylaşımlara şərh yaza bilməyiblər və profilə daxil olmaqda problemlə üzləşiblər.

Feysbuk rəhbərliyi mövcud problemin həlli üçün istifadəçilərdən şifrələri yeniləməyi istəyib. Lakin bu da bəzi istifadəçilərdə problemin aradan qaldırılmasına kömək olmayıb.