Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ► Türkiyənin İğdır şəhərində 35 ildən sonra pambıq yetişdirilib. AzEuroNews.com-un məlumatına görə, Türkiyənin bu bölgəsində təkcə İğdırda yetişdirilməsi mümkün olan Pambıq və çəltiyin ilk yığımı da gerçəkləşdirilib.

d9cfd23d87237509f7058b827c3e04f3

İğdır valisi Enver Ünlü açıqlamasında bildirib ki, son 10 ildir bu layihə üzərində işləyirlər: “Nəhayət İğdırda pambıq gördük. İndi bir hədəfimiz var o da, illik 250 min ton pambıq yığmaqdır”.

e001972179cb4ffbd8d97be4be87b028

E.Ünlü qeyd edib ki, Türkiyənin tekstil fabriklərinin pambığa böyük ehtiyacı var: “Onlar pambığı xaricdən alırlar. Biz yerli istehsalla həm də onların yükünü azaltmış olacağıq”.