“Öyle bir geçer zaman ki” serialından Karolin obrazı ilə tanınan almaniyalı aktrisa Vilma Ellesin dini nikahda yaşadığı əri Kərəm Göyüş haqqında tutulma əmri verilib.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, iş adamı olan Göyüşün tanınmış həkim Mehmet Nuri Noyana 770 min lirə (təxminən 350 min manat) qarşılığında iki ev sataraq ona qarşı dələduzluq etdiyi iddia olunub. Məhkəməyə şikayət ərizəsi verən Noyan Kərəmin proseslərə qatılmamasını əsas gətirərək onun tutulması haqda əmrin verilməsini tələb edib.

Məhkəmə isən zərərçəkənin iddiasını təmin edib. Vəkili Kərəm Göyüşün xaricdə olduğu üçün proseslərə qatıla bilmədiyini əsas gətirsə də, iş adamını tutulmasına, ifadəsi alındıqdan sonra isə sərbəst buraxılmasına qərar verilib.