Aktyor Engin Altan Düzyatan siması olduğu “Vakıfbank”ın təşkil etdiyi gecəyə qatılıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər ki, aktyor tədbirdə jurnalistlərin suallarını da cavablandırıb.

O, həm iş, həm şəxsi həyatından danışıb.

“Diriliş Ertuğrul” serialına çəkilən Engin ağır iş qrafikindən sonra ayaqda durmaq üçün vitaminlərdən istifadə etdiyini bildirib.

Ailə həyatından da söz açan Altan oğlu Emir Arasın tək böyümək istəmədiyini və yaxınlarda yenidən ata olmağa hazırlaşdığını söyləyib.

Qeyd edək ki, Engin Neslişah Alkoçlarla 2014-cü ildə ailə qurub. Cütlüyün oğlu 11 aylıqdır.