Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ► Almaniyadan sığınacaq istəyən qaçqın və miqrantlar üçün sosial evlər tikilir. AzEuroNews.comun məlumatına görə, kamp dövrünü başa vurub yerli sosial idarələrin (Sozialamt-almanca)  ixtiyarına verilən qaçqın və miqrantlar daha yataxanalarda yerəşdirilməyəcəklər.

Federal hökumətin hazırladığı layihə əsasında ölkənin bütün şəhərlərində qaçqın və miqrantlar üçün sosial evlərin tikintisinə başlanılıb. Öncə ailələrə verilməsi nəzərdə tutulan sosial evlərdən daha sonra subaylar üçün də tikiləcək.

sosial ev almaniya

► Artıq ölkənin Şimali Reyn Vestifaliya (NRW) əyalətindəki qaçqın və miqrantların bəziləri sosial evlərə yerləşdiriliblər. Yaşayış üçün zəruri avadanlıqla təmin olunan bu evlər əsasən iki və üç otaqdan ibarətdir.

►►► Məlumat üçün qeyd edək ki, Almaniya qaçqın statusu alanların ehtiyaclarının ödənilməsi üçün 2016-cı ildə 9 milyard avrodan çox pul xərcləyib. Bu ödənişin hesabına 974 551 nəfər qaçqından 443 min nəfərinin əksər ehtiyacları, xüsusilə mənzilə olan ehtiyacları təmin edilib. Qəbul mərkəzlərində və sığınacaqlarda məskunlaşan qaçqınların 40 faizdən çoxunun mənzilə olan ehtiyacı qarşılanıb.