Fərhad Çağtürk / AzEuroNews.com ► ► ► Avropada dönər qadağan oluna bilər. AzEuroNews.comun məlumatına görə, buna səbəb dönərin hazırlanması üçün istifadə olunan dondurulmuş ətə fosfatın vurulmasıdır.

Belə ki, hazırda Avropada qanunla ətə fosfatın vurulması qadağandır. Ancaq dönər hazırlanarkən dondurulmuş ətin qurumaması və dadının uzun müddət qalması üçün kimyəvi maddə olan fosfat vurulur.

Dönərlər bağlı qərar isə, yaxın günlərdə Avropa Parlamentində müzakirəyə çıxarılacaq.

Məlumat üçün qeyd edək ki, dondurulmuş ətə qurumaması və dadının uzun müddət qalması üçün vurulan fosfat turşusu qeyri-üzvi, kimyəvi və fosforlu turşudur. Fosfat turşusu və fosfat biokimya və ekologiya üçün çox mühimdir. Fosfat kənd təsərrüfatı və sənaye üçün çox əhəmiyyətli kimyəvi məhsuldur.