Yanvarın 4-də, saat 10:30-da “Siyəzən Broyler” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq müəssisənin inzibati binasının yerləşdiyi Siyəzən şəhərində olacaq.

Yığıncağın gündəliyinə “Siyəzən Broyler”in yenidən təşkil olunaraq tərkibindən ayrılma nəticəsində yeni hüquqi şəxsin yaradılması, bununla əlaqdar komissiyanın yaradılması və ona müvafiq səlahiyyətlərin verilməsi, elədə də digər məsələlər daxildir.

Xatırladaq ki, “Siyəzən Broyler” ASC 2005-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 16 737 252 manatdır.