Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ► Kanada Avropanın iki ölkəsi üçün viza rejimini ləğv edib. AzEuroNews.comun məlumatına görə, bunlar Rumıniya və Bolqarıstandır.

Kanada hökumətinin yeni qərarına görə, sözügedən ölkələrin vətəndaşları altı aylıq müddətə Kanadada qala, qohumlarını ziyarət edə və turist kimi gələ bilərlər.

Kanadanın Vətəndaşlıq və Miqrasiya naziri Ahmed Hussen açıqlamasında deyib ki, bu qərar Avropa ilə qurulan əlaqələri inkişaf etirməklə yanaşı, ticarət sahəsinə də öz töhvəsini verəcək.