ABŞ-ın ümumi dövlət borcu 20 trilion 546 milyard dollara çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bununla bağlı rəqəmlər Nyu-Yorkun Manhetten rayonunun Tayms-skver hissəsində qurarşdırılan elektron monitorda nümayiş etdirilib.

Bununlada ABŞ-da hər ailənin 172 min dollardan çox borcu olduğu açıqlanıb.

Məlumata görə, 2000-ci ildə elektron tabloda bu rəqəm 5,7 trilion dollar kimi göstərilmişdi. Sonrakı dövrdə borc azalmağa başlayıb. Tablo isə iki il  söndürülmüş vəziyyətdə saxlanılıb. Borc artandan sonra onu yenidən işə salıblar. 2008-ci ildə isə ABŞ-ın dövlət borcu 10 trilion dollara çatıb.

Elektorn tabloda 15 işarəli rəqəm nəzərdə tutulmayıb. Ona görə də monitorda yenidənqurma işlərinin aparılacağı gözlənilir.