Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ►  Almaniyada qaçqın və miqrantlara qarşı 1000-dən hücum olub. AzEuroNews.com xəbər verir ki, bu barədə Almaniyanın “Die Zeit” qəzeti yazaraq məlumat verib.

Qəzetin məqaləsində qeyd olunur ki,  sığınacaq axtaranlara qarşı gerçəkləşdirilən hücumlar zamanı 200-dən çox şəxs yaralanıb.

Federal Daxili İşlər Nazirliyinin məlumatına görə isə, 425 hücum 2017-ci ilin ilk rübündə, 324-ü ikinci rübdə, 318-i isə üçüncü rübdə qeydə alınıb. Toplam 1067 hücum zamanı 230 nəfər yaralanıb.

Məlumat üçün qeyd edək ki, 2016-ci ildə sığınacaq axtaranlara qarşı baş verən hücumların sayı 2500-dən çox olub.

Əsasən radikal millətçi qruplar tərəfindən gerçəkləşdirilən hücumlar sonuncuların yaşadığını yataqxanalara qəsdən ziyan vurması və yandırılması ilə nəticələnib.