Sarımsağın insan həyatı üçün faydaları müəyyənləşdirilib.

Sarımsaq antibiotikorezistent miqroorqanizmləri parçalayır. Bu isə dərmanlara normal təsir göstərməyə şərait yaradır.

Elmi tədqiqatlar göstərir ki, ntibiotikorezistent bakteriyalara qalib gəlmək üçün ən effektiv üsullardan biri sarımsaqdır. Sarımsağın tərkibində olan adjoen maddəsi rezistent bakteriyaları parçalayır. Bu isə antibiotiklərə normal işləmək üçün şərait yaradır.

Danimarka alimləri müəyyən ediblər ki, bu, genlərin işinin pozulması sayəsində yaranır. Bu zaman mikroblar insan toxumasına yapışa bilirlər. Bu olmasa, mikroblar fəaliyyət göstərə bilməzlər. Alimlərin fikrinə görə, bu kəşf bir çox xəstəliklərin müalicəsi mümkün olacaq.

Planetdəki insanların 30 faizinin orqanizmində infeksiyaların inkişafına və müqavimətinə kömək edən stafilokok  bakteriyaları var. Bir çox hallarda bu bakteriyalar ya dəridə, ya da burundaolur. Bununla yanaşı, onlar təhlükəli deyirlər. Amma qana keçərək zəhərləyici toksinlərə səbəb ola bilərlər. Bu tip bakteriya infeksiyalarından ölüm halları 20 faiz təşkil edir.

Texniki olaraq sarımsağın bu komponenti antibiotikorezistent bakteriyaları məhv etmir, digər mikroblarla əlaqəsinə mane olur. Söhbət patogenlərin sayını artıran mikroblardan gedir. Nəticədə, orqanizmə düşən antibiotiklər immunitet sistemi ilə birlikdə infeksiyalara qarşı effektiv mübarizə aparır.