Almaniya vətəndaşı Pınar Diləklə evli olan türkiyəli müğənni Tarkan bu yaxınlarda Köln şəhərində 766 min dollara villa alıb.

Oxu.Az xəbər verir ki, ifaçı Almaniyaya köçmək üçün hazırlıqlar aparır.

Tarkan daimi yaşamaq icazəsi almaq üçün bu gün Almaniyanın İstanbuldakı Konsulluğuna müraciət edib.

O, sənədlərini tamamlamaq üçün bu Kölnə gedəcək.