Türkiyə Hərbi-Hava Qüvvələrinə məxsus təyyarələr ötən gün PKK-nın İraqın şimalındakı mövqelərinə zərbələr endirib.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının məlumatında bildirilir.

Məlumata əsasən, əməliyyat Asos rayonunda həyata keçirilib. Əməliyyat zamanı 36 hədəf vuruluv, terrorçulara məxsus silah-sursat anbarları və sığınacaqlar məhv edilib.