Nanənin dünyada 25-30-a yaxın növü var. Gəlin onun müalicəvi xüsusiyyətlərinə birlikdə nəzər salaq.

Dəriyə tətbiq edilmə üsulu ilə ağrıkəsici xüsusiyyəti var. Baş ağrılarında su ilə qarışdırılmış nanə yağının 10 dəqiqəlik tətbiqi kifayətdir. Burxulmalarda da nanə yağı ilə masaj olunduqda çox yaxşı faydası olur.

Nanənin qoxusu çox ətirli olur. Nanə və kəklikotu ilə dəmlənən çay çox faydalı və qripə təsirlidir (İçinə qabıqlı limon dilimlənməlidir). Mədə və öd ifrazatını artırır, həzmi asanlaşdırır.

Mədə pozğunluğu, soyuqdəymə və ürək bulantısını aradan qaldırır. Həzmsizliyi olanların pis ağız qoxularını önləyir.

Mədə spazmasını aradan qaldırır. Qaraciyərin müxtəlif xəstəliklərinin yaxşılaşmasını təmin edir. Qaraciyər ağrılarını aradan qaldırır, öd ifrazatını artırır. Öd daşını tədricən tökür.

Mədə və bağırsaqda qazqovucu xüsusiyyətə malikdir, rahatlıq verir. Bağırsaqlarda qida məhv olmasını önləyir, ishalı, spazmanı aradan qaldırır. Astma, qrip, öskürək zamanı nanənin çox xeyri var. Nəfəs almağı asanlaşdırır. Bəlğəm gətiricidir.