“Fazilet hanım ve kızları” serialının “Ece”si aktrisa Afra Saraçoğlu ötən gün 20 yaşını qeyd edib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisanın dostları onun üçün kafelərdən birində doğum günü partisi təşkil edib.

Partidən xəbərsiz olduğunu deyən Afra çox təsirlənib:

“Həqiqətən xəbərim yox idi. Sürpriz oldu. Təsirləndim. Gözləmirdim. Təşəkkür edirəm”.

Saraçoğlu bir müddət əvvəl adının serialda baş rol ifaçılarından biri Çağlar Ertuğrulla hallanmasına da münasibət bildirib.

“Çağlar mənim yaxın dostumdur. Belə xəbərlər eşidəndə pis oluruq”.

Qeyd edək ki, səhərə qədər davam edən partidə Afranın yanında ekran işində rol alan Alp Novruz da olub.

showpic_el100 (4) showpic_el100 (5) showpic_el100 (6)