Əməkdar artist Röya Ayxan İradə İbrahimovanın onun haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.

AzEuroNews qafqazinfo-ya istinadən xəbər verir ki, müğənni başının çamaşırxanada bahalı paltarın yarasız hala düşməsinə qarışdığını qeyd edib:

“Məni İradə xala kimilərinin “quş”ları yox, sevdiyim paltarlar maraqlandırır”.

Qeyd edək ki, İbrahimova “ATV maqazin onlarla” verilişinə açıqlamasında Röyanın Türkiyədə boşuna pullar xərclədiyini bildirmişdi:

“Mənə elə gəlir ki, yeniliklərini ora üçün etmir. Türkiyə üçün edirsə, boşuna. Heyif o pullardan, əziyyətdən. Orada “Sizdə Röya var, filan mahnısını eşitdim” deyən, görmədim. Təəssüf… Cəhd etməsin, gərək yoxdur. Oradakılar ora bəsdir. Sən oranın starı ola bilməzsən”.