“Real”ın ulduz hücumçusu Kriştianu Ronaldu Çempionlar Liqasının qrup mərhələsində keçirilən altı oyunun hamısında qol vurmağı bacaran ilk futbolçu kimi tarixə düşüb.

“Report” xəbər verir ki, portuqaliyalı futbolçu bu tarixi nailiyyətə Madriddə keçirilən “Real” – “Borussiya” matçında nail olub.

O hazırda 9 qolla Çempionlar Liqasının cari turnirində bombardirdir.