ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan edəcəyi barədə bəyanatının arxasında 4 səbəb var.

“Ölkə.Az” xəbər verir ki, Tramp bununla seçicilər qarşısında şou göstərir, icraatçı olduğunu sübut edir, Fələstinə gövdə göstərişi edir və  məlumatsız şəkildə səhv yönləndirilir.

ABŞ-ın “Brookings” institutu 1 dekabr tarixində sorğu keçirib və məlum olub ki, amerikalıların 63 faizi səfirliyin Qüdsə keçirilməsinin əleyhinədir. Görəsən, Tramp bu qədər sərt reaksiyaya səbəb olan qərarında israr edir?

22 il sonra qərar qəbul edən prezident olmaq istəyi

1.Tramp “iş görən prezident” olduğunu sübut etməyə çalışır.ABŞ Konqresi səfirliyin Qüdsə köçürülməsi barədə qərarı 1995-ci ildə qəbul edib. Amma heç bir prezident bu addımı atmamışdı. Vəzifəyə başladığı gündən konkret addımlar atmadığı üçün tənqid edilən Tramp bu qərarı 22 ildən sonra həyata keçirən ilk prezident olmaq istəyir.

Seçici sayını artırmaq istəyi

2.Tramp Respublikaçı seçicilər qarşısında şou göstərir.“Brookings”in araşdırmasına əsasən, Demokratların böyük əksəriyyəti Qüds qərarının əleyhinədir. Respublikaçılar isə bu mövzuda iki yerə bölünüblər. Tramp isə yəhudi lobbisi vasitəsilə respublikaçıların səs faizini artırmağa çalışır.

Filistinə güc göstərmək

3. Sülh əldə etmək üçün Fələstinə güc göstərir. Bu teoriyaya əsasən, Tramp “İsrail-Fələstin problemini həll edən prezident” olmaq üçün Fələstini danışıqlar masasında  daha çox çətin vəziyyətə salmaq üçün bu qərarı qəbul edib.

Səhv yönləndirilmə

4.Tramp səhv və ya məlumatsız şəkildə yönləndirilir.Ehtimal edilir ki, Tramp səfirliyi köçürmək qərarının səbəb olacağı nəticələri görə bilmir və müşavirləri tərəfindən səhv yönləndirilir.