Hakerlər “NiceHash” kriptovalyuta birjasından 68 milyon dəyərində olan bitkoin oğurlayıb.

Axar.az xəbər verir ki, bu barədə CNBS telekanalı məlumatı yayıb. Məlumata görə, hakerlərin oğurladıqları bitkoinlərin sayı 4800 ədəd təşkil edib.

“Bu hadisə bizi çox narahat edir. Biz öz istintaqımızı aparırıq və bu işi müvafiq orqanlara çatdırmışıq”, – şirkətdən bildirilib.