Albom hazırlığında olan müğənni Gülben Ergen “Yansın bakalım” mahnısına çəkdirdiyi klipi təqdim edib.

Axşam.az xəbər verir ki, sənətçi Sezen Aksunun bəstələdiyi mahnının uğuruna inandığını bildirib:

“Sezenin ayağının düşərliyinə inanıram. “Yansın bakalım”ı dinləyəndə o qədər xoşladım ki, tamaşaçılara təqdim etmək istədim”.

Qeyd edək ki, klipin rejissoru Nihat Odabaşıdır. Mahnını Okay Barış aranjiman edib.